Yəhya Səri açıqlamasında bu gün Tel-Əvivə qarşı əməliyyatın yeni ultrasəs ballistik raketlə keçirildiyini, bu raketin hədəfinə çatdığını və düşmənin müdafiə sistemlərinin onu vura bilmədiyini açıqlayıb.
O, vurğuladı: Bu raket 11 dəqiqə 30 saniyə ərzində 2400 kilometr məsafə qət etdi və bu, sionistlərin qorxu və panikasına səbəb oldu. 2 milyondan çox sionist sığınacaqlara qaçıb və bu hadisə sionist düşmənin tarixində ilk dəfədir ki, baş verir.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü əlavə edib: Bu əməliyyat beşinci mərhələ çərçivəsində və Yəmən Silahlı Qüvvələrinin artilleriya bölməsinin raket texnologiyasının inkişafı istiqamətində geniş səyləri nəticəsində həyata keçirilib. Beləliklə, biz sionist düşmənlə döyüşün çətinlikləri ilə qarşılaşa bilirik və Amerika və İsrailin dənizdə və quruda bütün maneələri və müdafiə sistemlərini keçərək hədəflərimizi vura bilirik.
Sizin rəyiniz