18 sentyabr 2024 at 19:04
Jurnalist kodu: 5561
Xəbər kodu: 85600999
T T
0 Persons
Beyrutda və Livanın digər ərazilərində bir neçə rabitə cihazında növbəti partlayış baş verib

KİV Beyrutun cənub ətraflarında və Livanın bəzi digər ərazilərində bir neçə peycer rabitə qurğusunun partlaması barədə məlumat verir.

Bu cihazların partlamasından sonra bir sıra mənzillərdə, avtomobillərdə və motosikletlərdə yanğın baş verib.

Peycer rabitə cihazlarının partlaması nəticəsində yaralananların xəstəxanalara çatdırılması davam edir.

Livanın yerli mənbələri cənub bölgəsində müqavimət şəhidlərinin dəfni zamanı bəzi partlayışların baş verdiyini bildirir.

Livanın Səhiyyə Nazirliyi bu ölkədə bu gün baş verən partlayışlarda 9 nəfərin şəhid olduğunu, 300-dən çox insanın isə yaralandığını açıqlayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .