Ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi bəzi KİV-lərin Prezidentin İranın sionist rejimlə gərginliyi azaltmağa hazır olması ilə bağlı sitatını qəti şəkildə təkzib edib, cənab Pezeşkiyanın heç vaxt belə açıqlama vermədiyini bildirib.
Əraqçi vurğulayıb: “Xəbərlərdə yer almasının əksinə olaraq, doktor Pezeşkiyan Nyu-York vaxtı ilə bu gün səhər saatlarnda bəzi Amerika media rəhbərləri ilə görüşündə sionist rejimin Qəzzədə törətdiyi cinayətləri və Livana təcavüzünü kəskin pislədi, bu cinayətlərin heç bir humanitar və beynəlxalq standartlara uyğun olmadığını, dərhal dayandırılmalı olduğunu vurğuladı. Prezident həmçinin açıq şəkildə bəyan etdi ki, bu cinayətlər, o cümlədən Tehranda şəhid Həniyyənin terror edilməsi cavabsız qalmayacaq və bu cavab uyğun zamanda həyata keçiriləcək.”
Əraqçi əlavə edib: “İran İslam Respublikası şübhəsiz ki, sionist rejimin Livana qarşı son təcavüzünə biganə qalmayacaq, Livanı hərtərəfli müdafiə edəcək və dəstəkləyəcək.”
Sizin rəyiniz