Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində İtaliyanın xarici işlər naziri Antonio Tajani ilə görüşündə bəyan edib ki, İrəvan Azərbaycan Respublikası ilə tezliklə sülh müqaviləsi imzalamağa hazırdır.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Cənubi Qafqaz regionunda mövcud vəziyyəti müzakirə edib və məsləhətləşiblər.
Mirzoyan vurğulayıb ki, Ermənistanın Bakı ilə sülh sazişi imzalamaq üçün lazım olan aydın mövqeyi və siyasi iradəsi var və İrəvanın sülh sazişi layihəsinə edilən son düzəlişi dəstəkləməsi bu məsələni təsdiqləyir.
Ermənistanın xarici işlər naziri onu da vurğulayıb ki, Ermənistanın regionda sabitliyin təmin edilməsi ilə bağlı baxışı ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qeyd-şərtsiz hörmətə və iqtisadi əməkdaşlığın gücləndirilməsinə yönəlmiş təşəbbüslərə əsaslanır.
Sizin rəyiniz