Məsud Pezeşkiyan Nyu-Yorkda səfər planlarının davamında yerli vaxtla çərşənbə axşamı, axşam saatlarında Fransa Prezidenti Emmanuel Makronla görüşündə İran İslam Respublikasının bölgədə gərginliyin və qarşıdurmanın artmasının qarşısını almaq üçün sionist rejimə cavab verməkdə təmkinli davrandığına, lakin sionist rejimin Qəzzədə cinayətlərini gücləndirdiyinə və indi Livana hücum etməsinə toxunaraq deyib: “Sionist rejimin cinayətlərinə hansı qayda ilə haqq qazandırmaq olar ki, Amerika və bəzi Qərb ölkələri, o cümlədən Fransa bunu qanuni özünümüdafiə kimi qələmə verir!”
Prezident Fransanın sionist rejimin cinayətlərinin qarşısını almaqda daha çox təsirli ola biləcəyini diqqətə çatdıraraq deyib: “Bu gün İran və region xalqları sionist rejimin cinayətlərindən ciddi şəkildə narahatdır və bu cinayətlərin davam etməsi vəziyyəti nəzarətdən çıxara bilər.”
Prezident vurğulayıb: “İran heç vaxt nüvə silahı ardınca olmayıb və olmayacaq. Təbii ki, biz ənənəvi şəkildə müdafiə bazamızı və çəkindirmə gücümüzü möhkəmləndirməyə çalışırıq. Bu baxımdan bu gün Qəzzədə yaşanan vəziyyət bizə və bütün dünya dövlətlərinə bir dərsdir ki, biz güclü olmasaq, cinayətkar bir rejim bizə belə hücum edə bilər. Amma biz İranın inkişafı qarşısındakı maneələri aradan qaldırmaq üçün qarşılıqlı anlaşmaya və danışığa hazırıq.”
Bu görüşdə Emmanuel Makron da bölgədəki vəziyyət, xüsusilə sionist rejimin Livana təcavüzündən narahatlığını bildirərək deyib: “Fransa Livana qarşı təcavüzü qətiyyətlə pisləyir və biz təzyiq göstərmək və bu təcavüzü dayandırmaq üçün bütün səylərimizi işə salmışıq.”
Sizin rəyiniz