25 sentyabr 2024 at 22:03
Jurnalist kodu: 5561
Xəbər kodu: 85607985
T T
0 Persons
Pezeşkiyan: Biz nə lazımdırsa edəcəyik ki, heç kim torpaqlarımıza hücum etməyə cürət etməsin

New York - İRNA - Prezident İranın müharibə və münaqişə ardınca olmadığını vurğulayaraq deyib: “İran İslam Respublikası gərginliyin və münaqişənin artmasının qarşısını almaq üçün dözüm göstərdi, amma sionist rejim öz vəhşiliyi və cinayətkarlığının zirvəsinə çatıb.”

İran Prezidenti doktor Məsud Pezeşkiyanın yerli vaxtla çərşənbə günü səhər saatlarında bir qrup “Amerikalı yüksək mütəfəkkirlər” ilə görüşündə çıxışının ən mühüm məqamları bunlardır: 

- İran İslam Respublikası gərginliyin və qarşıdurmanın artmasının qarşısını almaq üçün dözüm göstərdi, lakin sionist rejim öz vəhşiliyi və cinayətkarlığının zirvəsinə çatıb.

- Biz müharibə və münaqişə ardınca deyilik, amma bizə qarşı təzyiqlər, hərəkətlər hər gün güclənəndə və yayılanda, bəlkə də nəticə istəmədiyimiz bir şey ola bilər.

- Biz JCPOA-ya sadiq qaldıq, lakin JCPOA həyata keçirilərkən amerikalılar və qərblilər İranın nüvə obyektlərində təxribat törətmək və İranı öz öhdəliklərini pozmuş kimi göstərmək üçün MAQATE müfəttişləri ilə birlikdə İrana casuslar göndərdilər.

- Bu, amerikalıların üsuludur ki, hər hansı razılaşmadan sonra onu geriyə itələmək, addım-addım zəiflətmək üçün hər hansı bəhanə ilə qarşı tərəfin öhdəliklərinin yükünü artırmağa çalışırlar.

- Amerikalılar və sionistlər hər gün terror törədirlər, İŞİD kimi qruplar qurur və dəstəkləyirlər. İŞİD-lə kim döyüşdü və onu kim yaratdı?

- Bizim əsas yanaşmamız İranı qurmaq üçün bütün güc və imkanlarımızdan istifadə etməkdir. Bizim qonşularımızla və dünyanın digər ölkələri ilə heç bir problemimiz yoxdur.

- Bizim Fələstin xalqını müdafiə etməyimiz məzlumun zalım qarşısında dini müdafiəsidir.

- İran İslam Respublikası heç bir müharibəni rəsmi olaraq tanımır və biz əsasən hesab edirik ki, müharibə heç kimin marağında deyil.

- Ölkəmizin ehtiyaclarını ödəmək üçün bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərlə qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələrimizi genişləndirmişik.

- Biz inamsızlığı aradan qaldırmaq üçün dialoqu alqışlayırıq, lakin güc yükünün altına girməyəcəyik.

0 Persons

Sizin rəyiniz

You are replying to: .