İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Nyu-Yorku tərk etməzdən əvvəl jurnalistlərlə söhbətində əlavə edib: Əvvəla, mən müqavimətin böyük sərkərdəsinin şəhadəti ilə bağlı başsağlığı verməyi zəruri hesab edirəm. Şübhəsiz ki, bu şəhadət böyük itkidir. Lakin bu, Hizbullahın əvvəlki baş katibi şəhid Seyid Abbas Musəvinin şəhadəti Hizbullahın daha da güclənməsinə və daha çox qüvvələrin Hizbullaha doğru hərəkət etməsinə və Hizbullahın bugünkü vəziyyətlə heç də müqayisə oluna bilməyəcək həddə güc səviyyəsinə çatmasına səbəb olduğu kimi, müqavimətdə heç bir pozulma yaratmayacaq.
Əraqçi bildirib: Əminəm ki, Seyid Həsən Nəsrullahın şəhadəti və bu şəhidin qanı Hizbullahın daha çox güc və qüdrət əldə etməsini və qüvvələrin motivasiyası və inkişafını artıracaq.
İranın xarici işlər naziri vurğulayıb: Sionist rejimin Qəzzə və Livanda etdikləri ilə, şübhəsiz ki, regionda heç bir gələcəyi yoxdur və heç bir şəkildə sülh görməyəcək. Onların atdıqları bu addımın təbii nəticəsi sionist rejimin tənəzzülünü sürətləndirmələri olacaq.
Sizin rəyiniz