30 sentyabr 2024 at 20:46
Jurnalist kodu: 5564
Xəbər kodu: 85613423
T T
0 Persons
Pezeşkiyan: İranın tranzit və qaz qovşağına çevrilməsinə dair razılaşma Tehranla Moskva arasında əməkdaşlıq nümunəsidir

Tehran - İRNA - Prezident İranın regionun tranzit və qaz habına çevrilməsinə dair razılaşmanı hər iki ölkənin mənafeyini təmin etmək, həmçinin regionda davamlı inkişaf, yaxınlaşma artımı və iqtisadi sıçrayış yaratmaq üçün İran və Rusiyanın birgə əməkdaşlığının gözəl nümunəsi hesab edərək deyib: “İnanırıq ki, İran və Rusiyanın mühüm ortaq layihələri icra mərhələsinə çatarsa, hər iki ölkə üçün qəddar sanksiyalarla mübarizə sahəsində böyük imkanlar yaradacaq.”

Doktor Məsud Pezeşkiyan sentyabrın 30-da günortadan sonra Rusiyanın Baş naziri Mixail Mişutsin ilə görüşdə İran və Rusiya arasında diplomatik nümayəndə heyətlərinin mübadiləsini iki ölkə arasında qarşılıqlı fəaliyyət və münasibətlərin inkişafına, həmçinin razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsi üçün əməkdaşlığın gücləndirilməsinə səbəb olacağını qeyd edərək deyib: “İnanırıq ki, İran və Rusiyanın mühüm ortaq layihələri icra mərhələsinə çatarsa, hər iki ölkə üçün qəddar sanksiyalarla mübarizə sahəsində böyük imkanlar yaradacaq.”
Prezident İranın regionun tranzit və qaz habına çevrilməsinə dair razılaşmanı hər iki ölkənin mənafeyini təmin etmək, həmçinin regionda davamlı inkişaf, yaxınlaşma artımı və iqtisadi sıçrayış yaratmaq üçün İran və Rusiyanın birgə əməkdaşlığının gözəl nümunəsi hesab edib və bu planların həyata keçirilməsi üçün hər iki tərəfin yüksək vəzifəli şəxslərinin səylərinin zəruriliyini vurğulayıb.
Pezeşkiyan həmçinin BRİKS və ŞƏT kimi beynəlxalq təşkilatlar əsasında regional əməkdaşlığın ABŞ-ın birtərəfliliyi ilə qarşılaşmaq üçün İran, Rusiya və Çin kimi müstəqil ölkələrin güclənməsinə səbəb olduğunu bildirərək deyib: “ABŞ-ın bilavasitə dəstəyi və Amerikanın regionda mövcudluğunun genişlənməsinə zəmin yaratmaq məqsədi ilə sionist rejimin cinayətlərin artması və gərginlik yaratması region ölkələrinin və xalqlarının maraqları üçün ortaq təhlükə hesab olunur, belə bir məkrli planla mübarizə aparmaq üçün birlikdə düşünmək və daha çox əməkdaşlıq etmək zəruridir.”
Görüşdə Rusiyanın Baş naziri də Prezidentlə görüşdən məmnunluğunu ifadə edib, ölkəsinin Prezidenti Vladimir Putinin səmimi salamlarını doktor Pezeşkiyana çatdırıb, yeni dünya nizamının bütün dünya ölkələrinin xeyrinə həyata keçirilməsi üçün İran və Rusiya arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb və Prezidentə müraciət edərək deyib: “BRİKS sammitində iştirak etmək və həmçinin iki ölkə arasında hərtərəfli strateji sazişi imzalamaq üçün Rusiyaya səfərinizi gözləyirik.”
Baş nazir amerikalıların dəstəyi ilə bölgədə gərginliyin artmasından narahatlığını ifadə edərək əlavə edib: “Amerika dünyanın müxtəlif yerlərində gərginliyin və münaqişənin artmasına dəstək verməklə öz maraqlarını təmin etməyə çalışır. İran və Rusiya da daxil olmaqla regionun müstəqil ölkələri bu cür hərəkətlərin qarşısını almaq üçün əməkdaşlığı sürətləndirməlidir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .