2 oktyabr 2024 at 14:53
Jurnalist kodu: 5564
Xəbər kodu: 85615742
T T
0 Persons
Pezeşkiyan: Əgər sionistlər səhv etsə, daha sarsıdıcı cavab alacaqlar

Tehran - İRNA - Prezident deyib: Biz sübut etmişik ki, biz İran millətinin şərəf və qüruruna görə heç kimlə zarafat etmirik və sionist rejim səhv etmək istəsə, bundan qat-qat sarsıdıcı cavab alacaq.

Məsud Pezeşkiyan hökumət heyətinin səhər iclasında İran İslam Respublikası silahlı qüvvələrinin ötən gecə sionist rejimin hərbi və təhlükəsizlik mərkəzlərini hədəfə alması istiqamətində iftixarlı əməliyyatını tərifləyərək deyib: İranlıların milli qürurunu bir daha dünyaya nümayiş etdirən bu şərəfli əməliyyat beynəlxalq standartlara uyğun və bu rejimin ölkəmizdə Şəhid Haniyənin terror edilməsində, həmçinin Seyid Həsən Nəsrullahın və bir sıra müqavimət komandirlərinin şəhadətində törətdiyi cinayətə cavab idi.

O, İranın suverenliyi və milli təhlükəsizliyinin açıq şəkildə pozularaq Tehranda şəhid Haniyənin terror edilməsindən sonra Qərb ölkələrinin bizi təmkinli olmağa çağırdığını və Qəzzada dərhal atəşkəs yaratmağa söz verdiklərini bildirərək əlavə edib: Xalqın bu cinayətə cavab vermək haqq gözləntisinə baxmayaraq, məzlum və günahsız Qəzza xalqına qarşı soyqırımın dayanacağı ümidi ilə hərəkətə keçmədik. Amma bu cinayətkar və qaniçən rejim qadın və uşaqları öldürməyə davam etməklə yanaşı, cinayətlərinin miqyasını Livana qədər də genişləndirdi və peycerləri adi insanların əlində partlatmaqla fəlakət yaratdı. Nəzərə almaq lazımdır ki, insan haqlarını iddia edən, bizi təmkinli olmağa çağıran həmin dövlətlər bu rejimin hərəkətləri qarşısında susdular.

İran İslam Respublikası silahlı qüvvələrinin dünən gecə həyata keçirdiyi qürurlu əməliyyatın onların guya Dəmir Qübbəsinin şüşədən də kövrək olduğunu bir daha sübut etdiyini vurğulayan prezident deyib: Biz həm də sübut etdik ki, millətimizin şərəfi və qüruru ilə heç kimlə zarafat etmirik və bu rejim səhv etmək istəsə, bundan qat-qat sarsıdıcı cavab alacaq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .