Qəzzəyə qarşı müharibənin birinci ildönümü ərəfəsində keçirilən bu etiraz aksiyasının iştirakçılarının möhtəşəm seli sionist rejim əleyhinə şüarlar səsləndirərək, müharibənin dayandırılmasını, Qəzzə və Livanda dərhal atəşkəs yaradılmasını tələb ediblər.
İştirak edən müxtəlif millətlərdən və dinlərdən olan insanlar əllərində Fələstin və Livan bayraqları ilə: “İşğala son qoyun”, “Fələstini azad edin”, “Livana hücumu dayandırın” kimi şüarlar səsləndiriblər
Aksiyada iştirak edənlər həmçinin ədalətə, aparteidə son qoyulmasına və müharibənin dərhal dayandırılmasına çağıran şüarlar yazılmış plakatlar daşıyıblar.
Sionist rejimin qəddar hərəkətlərinə etiraz edən iştirakçılar əvvəlcə Londonun mərkəzində yerləşən “Russell” meydanına toplaşıblar, Fələstin və Livanın məzlum xalqı ilə həmrəylik elan ediblər və İngiltərə Baş nazirinin ofisinə doğru yürüş ediblər. Bu, Qəzzə müharibəsi başlayandan bəri İngiltərədə Fələstin tərəfdarlarının sayca 20-ci etiraz aksiyasıdır.
Sizin rəyiniz