Livanın Hizbullah Hərəkatı döyüşçülərinin Əl-Labunə sərhəd bölgəsində sionist əsgərlərdən ibarət bir qrupu qaçmağa məcbur etdiyini açıqlayıb.
Hizbullahın bəyanatında bildirilir: “Qəzzə zolağında mətanətli Fələstin xalqına, onun qəhrəmancasına və nəcib müqavimətinə dəstək olaraq, eləcə də Livan və onun xalqının müdafiəsi məqsədilə islami müqavimətinin döyüşçüləri çərşənbə axşamı səhər saat 2:00-da buldozerlər və hərbi maşınların dəstəyi ilə Əl-Ləbunə sərhəd bölgəsinə doğru irəliləyən bir qrup sionist düşmən əsgərini artilleriya mərmiləri və raketlər vasitəsilə hədəf aldılar. Düşmən qüvvələr qəti itkilər verərək geri çəkilməyə məcbur oldular.”
Sizin rəyiniz