Məsud Pezeşkiyan bu gün 10 oktyabr cümə axşamı günortadan sonra Türkmənistanın paytaxtı Aşqabada yola düşməzdən əvvəl verdiyi açıqlamada böyük türkmən şairi Məxtumqulu Fəraqinin vəfatının 300-cü ildönümündə iştirak etmək üçün bu ölkəyə getdiyini bildirib.
Prezident bu anım mərasimi çərçivəsində Rusiya, Türkmənistan və Tacikistan prezidentləri ilə görüşəcəyini açıqlayaraq deyib: “14-cü hökumətin prioriteti qonşularla ünsiyyəti genişləndirməkdir.”
“Türkmənistanla əlaqələrimizin genişləndirilməsi Şimal-Cənub dəhlizinin inkişafına təsir göstərəcək” - deyə, dövlət başçısı qeyd edib.
Pezeşkiyan əlavə edib: “Bu səfər iqtisadi məsələlərin inkişafı, neft-qaz sərmayəsi baxımından çox səmərəlidir. Səmimilik, empatiya və mədəni ünsiyyət üçün yaxşı nailiyyət yaradacağımıza ümid edirik.”
Sizin rəyiniz