11 oktyabr 2024 at 10:35
Jurnalist kodu: 5564
Xəbər kodu: 85624300
T T
0 Persons
Yəmən ordusu Qırmızı dəniz və Hind okeanında raket və PUA ilə əməliyyatlar keçirdiyini elan edib

Tehran - İRNA - Yəmən silahlı qüvvələrinin sözçüsü bildirib ki, silahlı qüvvələrimiz Qırmızı dəniz və Hind okeanında iki gəmini raket və PUA-larla hədəfə alıb.

Briqada generalı Yəhya Səri Yəmən silahlı qüvvələrinin Qırmızı dənizdə 11 ballistik raket və iki PUA ilə Amerika neft tankeri OLYMPIC SPIRIT-i hədəf aldığını açıqlayıb.

O əlavə edib: Bu əməliyyat Yəmən ordusunun raket və dron bölməsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Səri deyib: Yəmən silahlı qüvvələri həmçinin Hind okeanında ST. JOHN adlı başqa bir gəmini qanadlı raketlə hədəfə alıb.

O bildirib: Bu gəmiyə hücum onun sahibi olan şirkət tərəfindən işğal olunmuş Fələstinin limanlarına səyahəti qadağan edən qanunun pozulması səbəbindən həyata keçirilib.

Yəmən silahlı qüvvələrinin sözçüsü elan edib ki, sionist rejimin dəniz blokadası Qəzza zolağı və Livana qarşı təcavüz tamamilə dayandırılana qədər davam edəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .