Bu gün, şənbə - oktyabrın 12-də Livana səfər etmiş Məhəmməd Baqir Qalibaf bu ölkənin Baş naziri Nəcib Miqati ilə görüşdən sonra Beyrutun cənub ətraflarında sionist rejimin bombaladığı bölgəyə gedib.
İslami Şura Məclisinin sədri bölgədə olarkən jurnalistlərə verdiyi açıqlamada deyib: “Mən bu böglənin adamlarından nə baş verdiyini soruşdum. Onlar sionist rejimin bu ərazini bombardman etməsindən danışdılar. Halbuki, onların hamısı bu ərazidə yaşayan adi Livan müsəlmanlarıdır.”
Qalibaf bildirib: “Şübhəsiz ki, bu vəziyyətdə İran İslam Respublikası Fələstin və Livan xalqlarını dəstəkləyir və bu dəstəklər davam edir. Biz də bu rayonun məzlum və köçkün insanlarına qayğı göstərməyi öz borcumuz hesab edirik.”
Sizin rəyiniz