Sistan və Bəlucistan Kəşfiyyat Baş İdarəsi bazar ertəsi yaydığı bəyanatda bildirib: “Sistan və Bəlucistan Baş Kəşfiyyat İdarəsinin İmam Zamanın (ə) naməlum əsgərləri tərəfindən davamlı kəşfiyyat müşahidələri və bir sıra hücum əməliyyatları və vilayətin polis komandanlığının dəstəyi ilə Rask və Sərbaz şəhərlərində Ceyş əz-zulm qruplaşmasına bağlı 2 terror qruplaşması müəyyən edildi və bütün üzvləri həbs edildi.”
Bəyanatda əlavə olunur: “Əvvəlki məlumatlara və həbs edilən şəxslərin açıq-aşkar etiraflarına əsasən, onlar döyüş silahlarından və partlayıcı qurğulardan istifadə etməklə vilayətdə terror aktları törətmək və təhlükə yaratmaq niyyətində olublar. Allahın lütfü ilə hər hansı anti-təhlükəsizlik əməliyyatından əvvəl həbs edildilər, onların silah-sursatının və partlayıcı qurğuların gizlədildiyi yer vilayətin şərəfli əhalisinin köməkliyi ilə aşkar edilərək götürüldü.”
Sizin rəyiniz