İran İslam Respublikası İslami Şura Məclisinin informasiya agentliyinin yazdığına görə, doktor Qalibaf Azərbaycan parlamentinin sədri ilə Cenevrə iclası çərçivəsindəki görüşündə deyib: “İslami Şura Məclisində parlament dostluq qrupları yaradılıb. İndi iki ölkənin parlamentlərinin münasibətlərini möhkəmləndirmək üçün hərəkətə keçmə vaxtıdır.”
Qalibaf əlavə edib: “İnanırıq ki, İran və qonşu dövlətlər iqtisadi və siyasi əlaqələrin inkişafı üçün mehriban qonşuluq siyasətinə əməl etməlidirlər, çünki bütün bu ölkələrin tərəqqisi və inkişafı regionu sülh və əmin-amanlığın bərqərar olmasına gətirib çıxara bilər.”
Parlament sədri İranın Qafqaz probleminin həlli və 3+3 formatında danışıqların aparılması təklifinə işarə edərək deyib: “Biz məsələləri region ölkələri arasında dialoq yolu ilə həll etməliyik. Bu cür məsələlərdə xarici və regiondan kənar ölkələrin müdaxiləsi nə qədər çox artsa, problemlərin həllində bir o qədər az nəticə əldə edəcəyik.”
Qalibaf bildirib: “Hamımız bir insan, müsəlman və azad şəxs kimi hər gün qətlə yetirilən qadın və uşaqlara, köçkün və qəyyumsuz qalan ailələrə dəstək olmaq borcumuzdur. Bu məsələlərə biganə qalmamalıyıq.”
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova doktor Qalibafla görüşündə deyib: “21-ci əsr bu gün baş verən cinayətlərin yeri deyil.”
Azərbaycan Milli Məclisinin sədri bildirib: “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında xüsusilə dini və mədəni sahələrdə çoxlu ortaq cəhətlər var.
Parlament baxımından bizim bir-birimizlə heç bir problemimiz yoxdur.”
Sahibə Qafarova qeyd edib ki, iki ölkənin parlamentləri xalqlarımızın nümayəndələri kimi bir-biri ilə daha çox ünsiyyət qurmalıdırlar.
O deyib: “Bir azərbaycanlı kimi deyə bilərəm ki, mən bu bölgədə baş verən faciələrin dərinliyini tam başa düşürəm. Çünki biz bu məsələni ətimizlə, dərimizlə dərk etmişik. Hesab edirik ki, 21-ci əsr belə faciələr, qətllər yeri deyil.”
Sizin rəyiniz