16 oktyabr 2024 at 22:13
Jurnalist kodu: 5561
Xəbər kodu: 85630351
T T
0 Persons
Hizbullah işğal altındakı Fələstinin şimalında Nəhariyanı raketlə birbaşa vurub - Video

İRNA - Tehran - Livan Hizbullah Hərəkatı növbəti dəfə işğal olunmuş Fələstinin şimalında sionistlərin mövqelərini hədəfə alıb. Sionist rejim mənbələrində dərc olunan görüntülərə əsasən, Livan islami müqavimətinin raketlərindən biri Nəhariya şəhərinə dəyib.

İRNA-nın çərşənbə günü Əl-Məyadin telekanalına istinadən verdiyi xəbərə görə, qeyd olunan genişmiqyaslı hücumdan sonra işğal olunmuş Fələstinin şimalında yerləşən bir sıra sionist qəsəbələri, o cümlədən Marglyut, Arab Aramşə və Miskaf Amda həyəcan siqnalı verilib.

Sionist rejim televiziyasının 12-ci kanalı da pilotsuz təyyarənin sionistlərin Şlomi qəsəbəsini vurması və qəsəbənin bəzi yerlərinin alovlandığını bildirib.

Bir neçə saat əvvəl Livanın “Əl-Əhd” xəbər saytı məlumat yayıb ki, Hizbullah sionistlərin Kərmail qəsəbəsini ağır raket hücumu ilə hədəfə alıb.

Sionist rejim televiziyasının 12-ci kanalı Hizbullahın raketlərinin bu qəsəbəni birbaşa vurmasını etiraf edərək bildirib ki, Aşağı Əl-Cəlildə Kərmail və onun ətraf ərazilərinə 30 raket izlənilib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .