“IMEX 2024” hərbi dəniz təliminin əsas mərhələsi yaxın günlərdə Hind okeanı boyunca bir sıra ölkələrin iştirakı ilə keçiriləcək və təlimə İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin Cənub Donanmasının evsahibliyi edəcək.
Bu təlimin keçirilməsində məqsəd regionda davamlı kollektiv təhlükəsizliyi və onun əsaslarını möhkəmləndirmək, iştirakçı ölkələr arasında çoxtərəfli əməkdaşlığı genişləndirmək, həmçinin sülh, dostluq və dəniz təhlükəsizliyinə birgə dəstək istiqamətində bu ölkələrin xoşməramlılığını və bacarığını göstərməkdir.
Bu təlimin digər məqsədləri arasında beynəlxalq dəniz ticarətinin təhlükəsizliyinin gücləndirilməsi, sülh və dostluğa əsaslanan beynəlxalq su yollarında dəniz kommunikasiya xətlərinin mühafizəsi, humanitar tədbirlər, dənizdə yardım, xilasetmə sahəsində məlumat və təcrübə mübadiləsi daxildir.
IMEX, "Hind Okeanı Ölkələrinin Dəniz Qüvvələrinin Assambleyası" deməkdir və bu, dünyanın ən böyük və ən vacib okean assambleyalarından biridir. Bu assambleya 2008-ci ildə Hind okeanının səthində yaranan təhlükəsizlik problemlərindən sonra Hindistan Hərbi Dəniz Qüvvələrinin təklifi ilə yaradılmışdır. Onun məqsədi bu okeanla həmsərhəd olan ölkələr arasında qarşılıqlı əlaqə, əməkdaşlıq və sinerji yaratmaqdır.
Sizin rəyiniz