General Səid Müntəzərül-Məhdi bazar günü axşam saatlarında xəbərin təfərrüatlarını açıqlayaraq deyib: “Oktyabrın iyirmi altısında Taftan şəhərinin polis əməkdaşlarının şəhid olmasına səbəb olan cinayət aktının ardınca 24 saatdan az müddətdə Polis Komandanlığının terrora qarşı mübarizə bölmələrinin İslam İnqilabı Keşikçiləri Korpusu ilə birgə keçirdiyi əməliyyatda terrorçuların gizləndiyi yer müəyyən edilərək, onların olduğu yerə pilotsuz təyyarə ilə zərbə endirilib və ən azı 3 terrorçunu məhv edilib.”
Polis Komandanlığının sözçüsü bildirib: “Dünən yaralanmış və polis tərəfindən saxlanılan daha bir şəxs dindirilib və xüsusi nəzarət altında saxlanılır.”
Daha 4 terrorçunun yeri müəyyən edildikdən və təqib edildikdən sonra həbs edildi və bir neçəsi yaralandı. Təqib əməliyyatı qruplaşmanın bütün ünsürləri həbs olunana qədər davam edəcək.
Sizin rəyiniz