4 noyabr 2024 at 16:47
Jurnalist kodu: 5564
Xəbər kodu: 85649601
T T
0 Persons

Tags

Sionist rejimin son 24 saatda Qəzzəyə hücumlarında 33 fələstinli şəhid olub, 156 nəfər yaralanıb

Tehran - İRNA - Qəzzə Səhiyyə Nazirliyi son 24 saat ərzində bu zolaqda sionist rejimin cinayətləri nəticəsində 189 fələstinlinin şəhid olduğunu və ya yaralandığını bildirib.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzə zolağında müharibənin 394-cü günündə yaydığı bəyanatında bildirilir: “Son 24 saat ərzində sionist ordu Qəzzə zolağında 3 cinayət törədib, nəticədə 33 fələstinli şəhid olub, 156 nəfər isə yaralanıb.”
“Bu şəhid və yaralılar da daxil olmaqla, sionist rejimin 2023-cü il oktyabrın 7-də Qəzzə zolağına hücumlarının başlanğıcından bu günə qədər 43 min 374 fələstinli şəhid olub, 102 min 261 fələstinli yaralanıb”, bəyanatda əlavə edilir.
Səhiyyə Nazirliyi qeyd edib ki, davamlı hücumlar səbəbindən bir çox cəsəd hələ də dağıntılar altında qalıb və yardım qrupları onları çıxara bilmir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .