İraq islami müqaviməti bəyanat yayaraq bildirib: “İraq islami müqavimət mücahidləri işğala qarşı müqavimət yanaşmasının davamında, Fələstin və Livan xalqlarına dəstək, uşaqlar, qadınlar və qocalar da daxil olmaqla mülki əhalinin qətliamına cavab olaraq bu gün (çərşənbə) pilotsuz təyyarə ilə işğal olunmuş ərazilərin cənubundakı hərbi hədəfə zərbə endiriblər.”
İraq islami müqaviməti bəyanatının davamında sionist rejimin mövqelərinə hücumun davamı və genişlənməsini vurğulayıb.
Bu, İraq islami müqavimətinin işğal olunmuş ərazilərdəki hərbi hədəflərə qarşı üçüncü əməliyyatı idi.
Sizin rəyiniz