O, Təhlükəsizlik Şurasından Qəzzada aclıq böhranı ilə bağlı hərəkətə keçməsini istəyib.
Mənsur BMT Təhlükəsizlik Şurasının üzvlərinə deyib: “Gəlin düşünək. İsrail etnik təmizləmə və müstəmləkəçilik məqsədlərinə çatmaq üçün aclığı müharibə üsulu kimi həyata keçirmişdir.
O əlavə edib: “Bizim xəbərdarlıq etdiyimiz, İsrailin təkzib etdiyi hər şey gözümüzün qabağında baş verir. Biz Qəzzanın geniş ərazilərini Fələstin əhalisindən boşaltmaq üçün koordinasiya edilmiş planın son mərhələsindəyik”.
Mənsur həmçinin İsrailin işğal altındakı İordan çayının qərb sahilini ilhaq etmək planını pisləyib və deyib: Fələstin xalqı yenidən ölüm, müsadirə və köçkünlüklə üz-üzədir, lakin bir daha təkrar edirik, biz yox olmayacağıq. Biz öz torpağımızda zeytun ağacları kimi kök salmışıq.
Sizin rəyiniz