15 noyabr 2024 at 11:23
Jurnalist kodu: 5564
Xəbər kodu: 85660043
T T
0 Persons
Hizbullah: Cümə axşamı İsrailə qarşı 32 əməliyyat keçirilib - Əkkadakı Şraqa bazasına hücum edilib

Hizbullah bəyanatında cümə axşamı günü işğal olunmuş Fələstində sionist rejimin mövqelərinə qarşı 32 əməliyyat həyata keçirdiyini açıqlayıb.

Livan Hizbullahı bir neçə dəqiqə əvvəl yayımladığı bəyanatda işğal altındakı Əkka şəhərinin şimalında yerləşən İsrailin Şraqa bazasının raket hücumu ilə hədəf alındığını açıqlayıb.

Hizbullah başqa bir açıqlamada Xeybər əməliyyatları silsiləsi çərçivəsində ilk dəfə Təl-Əvivdəki “Tel Hayim” bazasını hədəf aldığını bildirib.

Bu baza İsrail ordusunun Livan sərhədindən 120 kilometr aralıda yerləşən Təl-Əviv şəhərindəki kəşfiyyat bölməsidir.

Hizbullah başqa bir bəyanatda İsrail qüvvələrinin Tirharfa qəsəbəsinin qərb ətrafında toplaşdığı yerə raket hücumu təşkil etdiyini açıqlayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .