Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii bununla bağlı deyib: “Yəmən Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri Fələstin və Livanın xalqlarına və müqavimətinə dəstək olaraq, Uca Allahın köməyi ilə “Anadolu S” gəmisini bir neçə uyğun ballistik və dəniz raketləri ilə dəqiq şəkildə hədəfə alıb.”
Y. Sərii deyib: “Gəmi, Hərbi Dəniz Qüvvələrinin xəbərdarlığına cavab vermədiyi və onun sahibi şirkətin işğal olunmuş Fələstinin limanlarına girişi qadağan edən qərarını pozduğu üçün hədəf alınıb.”
“Yəmən Silahlı Qüvvələri düşmən İsrailə dəniz blokadası tətbiq etmək və onunla əlaqəli bütün gəmiləri hədəfə almaqla yanaşı, davamlı olaraq raket və pilotsuz uçuş aparatları ilə onu hədəfə almaqda davam edəcək” - deyə, mətbuat katibi vurğulayıb.
Sizin rəyiniz