19 noyabr 2024 at 23:00
Jurnalist kodu: 5561
Xəbər kodu: 85664866
T T
0 Persons
Əraqçi: Avropa və İngiltərənin ziddiyyətli davranışı onların insan haqları qarşısında məsuliyyətdən boyun qaçırdığını göstərir

Tehran - İRNA - Xarici İşlər naziri İranın hava yolları və gəmiçilik xətlərinə qarşı heç bir sənəd təqdim etmədən qoyulan sanksiyalara işarə edərək bildirib: “Avropa İttifaqı və İngiltərənin ziddiyyətli davranışı onların ikili standartlarını və insan hüquqlarına görə məsuliyyətdən boyun qaçırdığını göstərir.”

Seyid Abbas Əraqçi noyabrın 19-u çərşənbə axşamı X kanalında yazıb: “Avropa İttifaqı və İngiltərə İranı heç bir sənəd təqdim etmədən Rusiyaya ballistik raketlər verməkdə ittiham edib, bizim aviaşirkət və gəmiçilik xətlərimizi boykot edib.”

Xarici İşlər naziri əlavə edib: “Eyni zamanda, məhkəməyə təqdim olunan sənədlərə əsasən, İngiltərə mediası bu gün ifşa edib ki, İngiltərə onun silahları və F-35 hissələrinin İsrail tərəfindən beynəlxalq humanitar qanunları ciddi şəkildə pozaraq istifadə edildiyini tam bildiyi halda bu silahları ixrac etməyə davam edir.”

Əraqçi yazıb: “İngiltərənin əsaslandırması nədir? Amerika və NATO ilə əlaqələri saxlamaq! Bu ziddiyyətli davranış onların ikili standartlarını və insan haqlarından imtina etdiyini ortaya qoyur.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .