Adını açıqlamayan Fələstin İslam Müqavimətinin (HƏMAS) yüksək rütbəli lideri Əl-Ərəbi Əl-Cədid kanalına deyib ki, HƏMAS müqavimətin şərtlərinə uyğun olmayan hər hansı razılaşmaya qarşı çıxmaqda israrlıdır.
O əlavə edib: Əsas şərtlərə cavab verməyən razılaşmanı qəbul etmək üçün Qəzzada müqavimətə güclü təzyiq edilsə də, HƏMAS bu təzyiqlərə və Qəzzada işğalı qanuniləşdirməyə heç bir şəraitdə boyun əymir. HƏMAS əvvəlki mövqelərindən və şərtlərindən əl çəkmir.
Əl-Ərəbi Əl-Cədid bildirib ki, işğalçı rejim Qəzzadan 50 kilometr bufer və ya təhlükəsiz zonalar adı altında qoparmağa çalışır, HƏMAS və digər müqavimət qrupları buna qarşı çıxaraq, İsrail hərbçilərinin Qəzzadan tamamilə çıxarılmasını, tam atəşkəsin bərqərar edilməsini və Qəzzanın yenidən qurulmasını israilli əsirlərin azad edilməsinin şərti kimi təkid edir və Misir öz vasitəçiliklərində işğalçı rejimi razı salmağa çalışır ki, müharibəni bitirmək üçün öz şərtlərini yumuşaltsın.
Sizin rəyiniz