Fransa, Almaniya və İngiltərənin (E3) daimi nümayəndələrinin Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə və Təhlükəsizlik Şurasına birgə məktubunun ardınca, İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi bu beynəlxalq təşkilatın Baş katibinə və Təhlükəsizlik Şurasına məktub göndərməklə ittihamları əsassız və siyasi motivli adlandırıb.
İranın Nyu-Yorkdakı səfiri və BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bazar ertəsi Təhlükəsizlik Şurasına və Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazdığı məktubda bu iddiaları tamamilə əsassız və yanlış hesab edib, İran İslam Respublikasının addımlarının JCPOA-nın 26 və 36-cı maddələrində yer alan qanuni hüquqlar çərçivəsində və ABŞ-ın bu sazişdən birtərəfli və qeyri-qanuni şəkildə çıxmasına cavab olaraq həyata keçirildiyini vurğulayıb.
Bu məktubda bildirilir ki, üçlük sanksiyaların ləğvi ilə bağlı öz öhdəliklərini pozub, İran İslam Respublikasının gəmiçilik xətləri və hava sektoru da daxil olmaqla yeni sanksiyalar tətbiq etməklə, düşmənçilik siyasətlərini davam etdiriblər.
İran İslam Respublikası Beynəlxalq Atom Enerjisi Agentliyi ilə şəffaf və konstruktiv əməkdaşlığa işarə edərək, müşahidə öhdəliklərinə əməl edilməməsi ilə bağlı ittihamları rədd edib, Direktorlar Şurasının bu yaxınlarda keçirilən iclasında Avropa üçlüyü və ABŞ-ın İran əleyhinə qətnamə qəbul etməsi ilə bağlı son hərəkətlərini faktlara zidd hesab edib.
Sizin rəyiniz