İran Kosmik Təşkilatı bazar günü elan edib: "Saman 1" orbital transfer blokunun İranın kosmosundan müxtəlif keçidləri zamanı bir sıra sınaqlar aparılıb. Bu testlərə məlumatların qəbulu və əmrlərin göndərilməsi üçün alt sistemin işinin yoxlanılması, onların işləməsinin düzgünlüyünü, eləcə də digər altsistemlərin, o cümlədən mühərriklərin, sıxılmış qaz çənlərinin, məlumatların idarə edilməsi və uçuş kompüterinin, müxtəlif sensorların o cümlədən, giroslar, həmçinin idarəetmə klapanları və iticilərin sağlamlığının yoxlanılması daxildir.
Həmçinin, vəziyyətin təyin edilməsi altsisteminin, soyuq qaz təkanlarının köməyi ilə vəziyyətə nəzarətin, temperaturun tənzimlənməsi məqsədi ilə məcburi dövrə altsisteminin göstəriciləri diqqətlə qiymətləndirilir və əldə olunan məlumatlar əsasında onların göstəriciləri təsdiq edilmişdir.
Sizin rəyiniz