29 dekabr 2024 at 17:41
Jurnalist kodu: 5561
Xəbər kodu: 85704381
T T
0 Persons

İran ASEAN ilə əhəmiyyətli tərəfdaşlıq potensialına malikdir

29 dekabr 2024 at 17:41
Xəbər kodu: 85704381
İran ASEAN ilə əhəmiyyətli tərəfdaşlıq potensialına malikdir

Tehran - İRNA - İran İslam Respublikası ilə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) arasında əməkdaşlıq mövzusunda keçirilən konfransda ölkəmizin səfiri Məhəmməd Bürucerdi deyib: “Mən dərindən inanıram ki, İran ASEAN ilə əhəmiyyətli tərəfdaşlıq və əməkdaşlıq potensialına malikdir və onun əlaqələri hər iki tərəf üçün faydalı olacaqdır.”

Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi bu gün dekabrın 29-da səhər saatlarında İran İslam Respublikası ilə ASEAN arasında əməkdaşlıq üzrə konfransa evsahibliyi edib. Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası və ya qısaca ASEAN, Cənub-Şərqi Asiyada yerləşən 10 ölkədən ibarət qrupdur və 8 avqust 1967-ci ildə Tayland, Sinqapur, Filippin, Malayziya və İndoneziya tərəfindən yaradılmışdır, sonra Vyetnam, Myanma, Laos, Kamboca və Bruney ölkələri də ona qoşulmuşdur. 

Bu mərasimdə ölkəmizin ASEAN-dakı səfiri Məhəmməd Bürucerdi deyib: “İran İslam Respublikasının şərqə baxış siyasətində Cənub-Şərqi Asiya xüsusi yer tutur. Cənub-Şərqi Asiya regionunun əhəmiyyəti və mövqeyi İran İslam Respublikası ilə ASEAN arasında bütün siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əlaqələrin sürətlə inkişaf etməsinə səbəb olmuşdur. Münasibətlərin bu genişlənməsi təkcə ikitərəfli səviyyədə deyil, regional və beynəlxalq təşkilatlarda, assambleyalarda da müşahidə olunur. Son üç onillikdə İran İslam Respublikası bu təşkilatla əməkdaşlığını genişləndirməkdə çox maraqlı olub və bu sahədə çoxlu səylər göstərib.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .