İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda yazıb: İranın Yəmənə münasibətdə mövqeyi həmişə sabit və dəyişməz olub. 2015-ci ildə böhran başlayandan bəri İran münaqişənin siyasi həllini dəstəkləyir və Yəmənin suverenliyi və ərazi bütövlüyünə hörmət edən hərtərəfli atəşkəs, əhatəli dialoq və dinc prosesə çağırır.
İran İslam Respublikasının yüksək səviyyəli diplomatı vurğulayıb: Qırmızı dənizdəki vəziyyətlə bağlı İran bir daha beynəlxalq gəmiçilik xətlərinin asayişini və təhlükəsizliyini təmin etmək öhdəliyini vurğulayır. İranın Qırmızı dənizə müdaxiləsi ilə bağlı iddialar gərginliyi artırmaq və ABŞ və müttəfiqləri tərəfindən regionda sabitliyi daha da pozmaq üçün bəhanə yaratmaq məqsədi daşıyan əsassız iddialardır.
İrəvani aydınlaşdırıb: Sionist rejimin nümayəndəsinin ən yaxın müttəfiqi Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə müşaiyət olunan əsassız ittihamlar İranı qeyri-qanuni hərəkətləri və dağıdıcı fəaliyyətlərində günahlandırmaq cəhdidir. Həmişə təxribat və sabitliyi pozan fəaliyyətlər həyata keçirən, regional və regiondankənar sülh və təhlükəsizliyə ciddi təhdid hesab edilən İran deyil, düşmən sionist rejimdir.
Sizin rəyiniz