Hüseyn Cabiri Ənsari çərşənbə axşamı İRNA-nın Əbu Musa adasındakı ofisinin açılış mərasimində əlavə edib: “Dünyanın böyük güclərindən biri kimi İran hökuməti və xalqı əsrlər boyu qonşuları ilə dərin əlaqələrə malik olub. İslam İnqilabından sonra İranın əsas siyasəti xarici siyasətin birinci həlqəsi kimi qonşuları ilə əməkdaşlıq və həmrəyliyi genişləndirməkdir.”
O, qeyd edib ki, İRNA-nın Əbu Musa adasında ofisinin açılması bu mesaj və siyasətin yenidən vurğulanmasıdır.
İRNA-nın baş direktoru bildirib: “Bununla bağlı son üç ayda 7 əyalət səfəri həyata keçirilib, Qərbi və Şərqi Azərbaycanda “Xoy və Culfa” ofislərinin açılması gündəmdədir.”
Sizin rəyiniz