31 dekabr 2024 at 21:27
Jurnalist kodu: 5561
Xəbər kodu: 85706642
T T
0 Persons
Fələstinli cərrah: İsrail Qəzzə səhiyyə mütəxəssislərinin bütün nəslini məhv edir

Tehran - İRNA- Sionist rejim mühasirədə olan Qəzzə bölgəsinin tibbi infrastrukturundan qalanlara hücumlarını davam etdirdiyi bir halda, Fələstin əsilli cərrah Qəssan Abustə, əsasən həkimlərin hədəf alındığı bu vəziyyəti sözün əsl mənasında “soyqırım layihəsi” hesab edib.

Bir aydan çox Qəzzədə “Şəfa” və "Əl-Əhli" xəstəxanalarında xəstələri müalicə edən doktor Qəssan Abustə “Democracy Now” xəbər proqramına müsahibəsində deyib: “Əvvəldən bəlli idi ki, İsrail soyqırım qurbanlarının sayını artırmaq və Qəzzəni daimi yaşayış üçün yararsız hala gətirmək üçün Qəzzədə bütün səhiyyə işçiləri nəslini məhv edir.”

Bu məşhur ingiltərəli-fələstinli cərrah həkim bu müsahibədə sionist rejimin Qəzzə zolağının xəstəxanalarına, o cümlədən Kamal Ədvan, Əl-Avda, Əl-Vəfa, Əl-Əhli və həmçinin İndoneziya xəstəxanasına qarşı davam edən hücumlarına toxunaraq qeyd edib ki, bu prosesdə gördüyümüz və bu dağıntı, Qəzzənin şimalındakı bütün xəstəxanaların tamamilə məhv edilməsi ilə səhiyyə şəbəkəsinin məqsədyönlü şəkildə məhv edilməsidir.

“Əl-Vəfa xəstəxanasının hədəf alınmasında məqsəd həmin xəstəxanada imtahan verən Qəzzə İslam Universitetinin tibb tələbələrini öldürmək idi, xoşbəxtlikdən israillilər təbəqəni səhv hədəfə aldılar” - deyə, tanınmış cərrah əlavə edib.

Sizin rəyiniz

You are replying to: .