8 yanvar 2025 at 13:19
Jurnalist kodu: 5564
Xəbər kodu: 85714252
T T
1 Persons

Tags

İlham Əliyevin Ərdəbildəki bu yaxınlarda keçirilən mərasimə münasibəti

Tehran - İRNA - Azərbaycan Respublikasının Prezidenti Ərdəbilin Çaldaran şəhidlərinin anım mərasimi və həmçinin bu ölkənin Tehrandakı səfirliyindəki atışma hadisəsi ilə əlaqədar münasibət bildirib.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya kanallarına müsahibəsində Çaldaran şəhidlərinin anımı mərasiminin son hadisələrini və çıxış edən şəxslərdən birinin Azərbaycan Respublikası və Türkiyə liderlərinə qarşı dediklərini şərh edərkən ittiham barmağını Ali Rəhbər Ayətullah Xameneinin Ərdəbil əyalətindəki nümayəndəsinə göstərərək iddia etdi: Bir əyalət din xadiminin bizə qarşı kinli münasibəti ilk dəfə deyil. Ərdəbil şəhərinin ruhanisi dəfələrlə Azərbaycan Respublikasına və Azərbaycan xalqına, o cümlədən mənə qarşı təhqiramiz ifadələr işlədib. İndi sual ondan ibarətdir ki, kim (Azərbaycan Respublikasından) üzr istəyəcək. Üzr istəyəcəklər, ya yox?
O əlavə edib: İran Xarici İşlər Nazirliyinin bəyanatında təəssüf hissini ifadə etmək kifayət deyil. Rəsmi tədbirin canlı yayımında Türkiyə Cümhuriyyəti və Azərbaycan prezidentləri və iki ölkə xalqı açıq şəkildə təhqir olunub. Yalnız təəssüflər qəbul edilə bilməz. Hesab edirik ki, bu vilayətin din xadimi heç olmasa tutduğu vəzifədən uzaqlaşdırılmalı və Azərbaycandan (Respublikasından) üzr istəməyə məcbur edilməlidir.
Azərbaycan Prezidentinin bu açıqlamaları Ərdəbilin cümə imamı Ayətullah Seyid Həsən Amilinin bir neçə gün əvvəl Ərdəbildəki mərasimdə baş verən hadisələr və toplantıda çıxış edən şəxslərdən birinin yersiz ədəbiyyatı ilə bağlı münasibət bildirərkən dedi: Heç kimin ixtiyarı yoxdur ki, adi və qeyri-rəsmi bir insanın açıqlamalarını və onun şəxsi nəzəriyyəsini İslam Respublikası hökumətinin ayağına yazsın.
Ayətullah Amili əlavə etdi: Bu həftə məclislərin birində adi və qeyri-rəsmi bir şəxs tərəfindən istifadə edilən nalayiq ədəbiyyat bizim rəsmi, dini və etiqadi ədəbiyyatımız və İslam Respublikasının rəsmi mövqeyi ola bilməz və diplomatiya dünyasında belə bir münasibət tamamilə qeyri-ənənəvi və şübhəlidir.


İlham Əliyevin Ərdəbildəki bu yaxınlarda keçirilən mərasimə münasibəti

Vəliyyi-fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi aydınlıq gətirdi: Hər kəsə məlumdur ki, ayrı-ayrı şəxslərin şəxsi açıqlamaları dünyanın heç bir hökumətinin rəsmi mövqeyi deyil.
Ərdəbilin Cümə imamı əlavə etdi: Bu hadisədə bizim üçün böyük bir sual yarandı ki, xarici media nə madah, nə natiq, nə aparıcı olmayan auditoriyanın içindəki tamaşaçılardan birinin açıqlamalarına bu qədər diqqət yetirdi. Hətta Amerika nümayəndəsi də işə qarışdı. Bu sual böyük və narahatedici sualdır və bizim bəsirətli insanlarımız bu sualın cavabını hamıdan yaxşı bilirlər.
Rəhbərlik Ekspertlər Məclisinin üzvü qeyd etdi: Bu xalqın düşmənləri İranın qonşuları ilə əlaqələrini məhv etmək və zədələmək istəyirlər. Qonşularla mehriban qonşuluq İran İslam Respublikasının mütləq siyasətidir və Ali Məqamlı Rəhbər tərəfindən vurğulanır və rəsmi məmurların ölkənin diplomatik sistemində bu prinsipə qarşı bir söz deməsi mümkün deyil.
 

Çaldıran müharibəsi şəhidlərinin xatirəsinin anılması mərasimində məddahların mədhiyyəsindən və Ayətullah Amilinin nitqindən və mərasimi tərk etməsindən sonra auditoriyada olan şəxslərdən biri gözlənilməz hərəkətlə və mərasim rəsmiləri ilə razılaşdırılmadan, bəzi mətbuat orqanlarında yer alan nalayiq sözlər səsləndirdi. Bəzi media bunu İranın rəsmi mövqeyi kimi qeyd edib və bu, İranın rəsmi etirazı ilə qarşılanıb.

Sizin rəyiniz

You are replying to: .