Əbu Ubeydə deyib: Əsirlərin mübadiləsinə dair “Əl-Əqsa tufanı” razılaşması çərçivəsində Əl-Qəssam taborları qərara gəldilər ki, bu gün (bazar günü) 24 yaşlı Rumi Conin, 28 yaşlı Emili Demari və 31 yaşlı Doron Şatnabar Xeyr adlı üç sionist qadın əsiri sərbəst buraxacaq.
Bir neçə dəqiqə əvvəl sionist rejim televiziyası adı açıqlanmayan məlumatlı mənbəyə istinadən elan edib ki, HƏMAS hərəkatı vasitəçilərə bu gün azadlığa buraxılması planlaşdırılan üç sionist əsir qadının adlarının siyahısını verib.
Sionist rejimin 12-ci kanalı da bu üç qadın əsirin adlarını rejim tərəfindən qəbul edildiyini bildirib.
Sizin rəyiniz