15 fevral 2025 at 15:11
Jurnalist kodu: 5564
Xəbər kodu: 85751765
T T
0 Persons

Azad edilmiş fələstinli əsirlər Ramallaha gəlib

15 fevral 2025 at 15:11
Xəbər kodu: 85751765
Azad edilmiş fələstinli əsirlər Ramallaha gəlib

Tehran - İRNA - HƏMAS ilə sionist rejim arasında əsir mübadiləsinin altıncı raundu çərçivəsində azad edilmiş bir neçə fələstinli əsir İordan çayının qərb sahilindəki Ramallah şəhərinə gəlib.

Bu gün HƏMAS ilə məhbus mübadiləsinin altıncı raundu çərçivəsində sionsit rejim Ofer həbsxanasından bir neçə fələstinli əsiri azad edib və onlardan bəziləri Ramallah şəhərinə gəlib.

Xəbər mənbələri Ramallaha köçürülmüş fələstinli əsirlərin sayının 10 nəfər olduğunu açıqlayıb.

Azad edilmiş fələstinli əsirlər bildiriblər ki, sionist rejim müharibə zamanı onlara qarşı ən qəddar işgəncə və pis rəftar növlərini tətbiq edib.

Əsirlər qeyd ediblər ki, azad edilən bütün fələstinli əsirlər sionist rejimin Şin Bet kimi tanınan daxili təhlükəsizlik agentliyinin əməkdaşları tərəfindən hədələnib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .