16 fevral 2025 at 10:54
Jurnalist kodu: 5564
Xəbər kodu: 85752435
T T
0 Persons
Əl-Qəssam əsirləri təhvil verərkən güc nümayiş etdirib  - HƏMAS israillilərə ağır emosional zərbə vurdu

Tehran – İRNA – Sionist analitiklər Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) əsirlərin təhvil vermə mərasiminə toxunaraq, bu mərasimdə müqavimətin İsrail rejiminə güclü ruhi və mənəvi zərbələr vurduğunu vurğulayıblar.

Rəy Əl-Yəvm şənbə günü sionist əsirlərin təhvil-təslim mərasiminə toxunan məqaləsində yazıb: Qəzzaya qarşı müharibədən sonra Fələstin hekayəsi israillilər üzərində üstünlük təşkil edib və bunun dəqiq sübutu sionist rejimin bu bölgəyə vəhşicəsinə hücumundan bir il dörd ay sonra Fələstin məsələsinin diqqət mərkəzində olmasıdır.

Bu mənbə əlavə edib: Düşmənə zərbə vurmaq üçün ən yaxşı silah, psixoloji müharibə və məharətin zirvəsi düşməni münaqişəsiz əzməkdir. HƏMAS-ın Qəzzada işğalçılara verdiyi hərbi məğlubiyyətlə yanaşı, media və təbliğat cəbhəsində, xüsusilə sionist qadın əsirlərin təhvil verilməsi mərasimində də işğalçılara ölümcül zərbə vurdu.

Bu barədə “Qəzzədə 11 gün” kitabının müəllifi Qadi Ezra deyib: Həmas-ın israilli əsirləri təslim etməkdə məqsədi beynəlxalq ictimaiyyətə, Qəzza xalqına və israillilərə təsir etmək idi. Planlaşdırılan hərəkətlə HƏMAS üç qrupu hədəf aldı; Birincisi, beynəlxalq ictimai rəy, ikincisi Qəzza xalqı və üçüncüsü İsrailin ictimai rəyi.

Digər tərəfdən, sionist mediası Maariv-in analitiki Lilax Siqan da deyib: Qəzzada qadın əsirlərin təhvil verilməsi səhnələri HƏMAS-ın israillilərə etdiyi psixoloji təzyiqi göstərir və bu, çox yüksək səviyyəyə çatıb. HƏMAS mediası bu sahədə bir çox böyük ərəb kanalları, eləcə də qərb mediası tərəfindən dəstəklənir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .