Sionist rejim ordusu elan etdi: ABŞ-ın keçmiş prezidenti Co Baydenin təxminən bir il əvvəl İsrailə göndərilməsini təxirə saldığı 1800 "M. K-84" bombası ABŞ-ın hazırkı prezidenti Donald Trampın qərarı ilə dünən gecə (sionist rejim) İsrailə göndərilib.
Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu ölkənin Xarici İşlər Nazirliyinin 660 milyon dollar dəyərində Hellfire raketlərinin sionist rejimə satışına icazə verdiyini açıqlamışdı.
Bu müqaviləyə 2025-ci ildə təhvil veriləcək 18 minə yaxın hava bombası daxildir.
Axios-a görə, 2028-ci ildə təhvil verilməsi planlaşdırılan 3 min Hellfire raketi də bu müqaviləyə daxildir.
Sizin rəyiniz