General-mayor İbrahim Cabbari cümə axşamı günü Bircənd şəhərində keçirilən “Böyük Peyğəmbər” iqtidar təlimi çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib: “Bu təlim Ali Məqamlı Rəhbərin tədbirləri və valilərin, SEPAH komandirlərinin və yardımçı qurumların yorulmaz səyləri əsasında ölkənin hər yerində, bütün əyalət və şəhərlərdə keçirilir.”
“Bu möhtəşəm təlimlər və toplantılar düşmən təhdidləri və onların təxribatçı planları qarşısında xalqımızın qüdrətini nümayiş etdirmək, düşmənə özünü göstərmək məqsədi daşıyır” - deyə, o, əlavə edib.
SEPAH baş komandanının müşaviri qeyd edib ki, əgər düşmənlər ölkəyə zərər vurmaq qərarına gəlsələr, şübhəsiz ki, qəti, şiddətli və sarsıdıcı cavabla qarşılaşacaqlar.
Sizin rəyiniz