24 fevral 2025 at 20:37
Jurnalist kodu: 5561
Xəbər kodu: 85761420
T T
0 Persons
Yak-130 qırıcı təyyarəsinin “Zülfiqar 1403” Ordu birgə təlimində ilk operativ görünüşü

Tehran - İRNA - “Zülfiqar 1403” Ordu birgə təliminin sözçüsü deyib: “İlk dəfə olaraq, Yak qırıcısı birgə hava əməliyyatında iştirak etdi və onun bəzi qabaqcıl və unikal imkanlarını nümayiş etdirdi.”

General-mayor Əlirza Şeyx deyib: “Birgə Zülfiqar 1403 təliminin davamında Yak qırıcısı ilk dəfə birgə hava əməliyyatında iştirak etdi və bəzi qabaqcıl və unikal imkanlarını nümayiş etdiridi. Belə ki, bu əməliyyat zamanı Yak döyüş təyyarəsi iki MiQ-29 qırıcısı ilə birlikdə hədəf pilotsuz uçan aparatın tutulması və məhv edilməsi əməliyyatında iştirak etdi.”

“MiQ-29 qırıcılarının yüksək bacarıqlı pilotları hədəf pilotsuz uçan aparatı müəyyən etməyə və onun qarşısını almağa müvəffəq oldular. Daha sonra Yak-130 qırıcı təyyarəsi təkmil raketlər ataraq pilotsuz təyyarəni tamamilə məhv etdi. Bu əməliyyat Ordu Hərbi Hava Qüvvələrinin mürəkkəb hava tapşırıqlarını yerinə yetirməkdə yüksək koordinasiya və bacarığını nümayiş etdirdi.”

Təlimin sözçüsü bildirib: “Yak-130 döyüş təyyarəsinin bu təlimdə ilk dəfə görünməsi Ordu Hərbi Hava Qüvvələrinin imkanlarının nümayişi baxımından dönüş nöqtəsi hesab olunur. Müasir dizaynı və yüksək əməliyyat imkanları ilə bu qırıcı ilk görünüşündə təsirli və diqqətəlayiq performans nümayiş etdirə bildi.”

General-mayor Əlirza Şeyx sonra deyib: “Zülfiqar 1403 təlimində Yak qırıcı təyyarəsinin iştirakı Ordu Hərbi Hava Qüvvələrinin hava donanmasının yenilənməsi və qabaqcıl texnologiyaların tətbiqi sahəsində əldə etdiyi mühüm irəliləyişləri nümayiş etdirir. Bu qırıcı unikal imkanları ilə Hərbi Hava Qüvvələrinin təhdidlərə qarşı mübarizə qabiliyyətini artırıb.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .