6 may 2025 at 21:28
Jurnalist kodu: 5564
Xəbər kodu: 85825254
T T
0 Persons
Kamalvəndi: Dinc nüvə texnologiyasına tam sahib olmaq İranın haqqıdır

Tehran - İRNA - İranın Atom Enerjisi Təşkilatının beynəlxalq, hüquq və parlament məsələləri üzrə müavini ABŞ prezidentinin zəngin neft ehtiyatlarına malik olması səbəbindən İranın nüvə enerjisinə ehtiyacı olmadığı barədə son açıqlamasına toxunaraq deyib: “İranın dinc nüvə texnologiyasına sahib olmaq hüququ var.”

“Sübh” Beynəlxalq Media Festivalının iştirakçıları İranın Atom Enerjisi Təşkilatında iştirak edərkən bu ölkənin nüvə sənayesinin son nailiyyətlərinin sərgisini ziyarət edib, İranın Atom Enerjisi Təşkilatının beynəlxalq, hüquq və parlament məsələləri üzrə direktor müavini Behruz Kamalvəndi ilə görüşüblər.

Bu görüşdə İranın Atom Enerjisi Təşkilatının sədr müavini xarici media fəallarının suallarını cavablandırarkən deyib: “İlk dəfə, Amerika Stenford İnstitutu 1974-cü ildə apardığı araşdırmada İran üçün 20 il müddətində nüvə elektrik stansiyalarının inkişaf etdirilməsi ehtiyacının 23 min meqavat olduğunu bildirdi. Bundan sonra bu məqsədə çatmaq üçün Almaniya, Belçika, Fransa kimi ölkələrlə müxtəlif müqavilələr imzalandı. Bu ölkələr İslam İnqilabının qələbəsindən sonra işlərini yarımçıq qoydular.”

Kamalvəndi vurğulayıb ki, İran nüvə sənayesi üçün hərtərəfli strateji sənəd əsasında 20 min meqavat nüvə enerjisi istehsalına nail olmalıdır. O, əlavə edib: “Avropalıların və amerikalıların verdiyi vədləri pozaraq İslam İnqilabının qələbəsindən sonra atom elektrik stansiyalarının tikintisi prosesi dayandırdı və bu proses tətbiq olunan müharibənin başlaması ilə davam etdi. Amma biz nəhayət Buşehr AES-ni tamamlayıb işlədə bildik. Biz hazırda nüvə elektrik enerjisi istehsal etmək üçün ölkə daxilində atom elektrik stansiyaları tikirik və bu məsələni ciddi şəkildə davam etdiririk.”

Kamalvəndi deyib: “Tramp bizim ölkəmiz üçün nüvə enerjimiz olub-olmadığına qərar verə bilməz. Dinc nüvə enerjisinə sahib olmaq İran İslam Respublikasının haqqıdır.”

İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: “Təbii ki, biz NPT kimi beynəlxalq öhdəliklər əsasında fəaliyyət göstəririk və onlara əməl edirik. Agentliyin qanunlarına və nizamnaməsinə əsaslanan ölkələrin ayrılmaz hüququna əsaslanaraq, bizim dinc nüvə texnologiyasından faydalanmaq hüququmuz var.”

O, ABŞ dövlət katibinin “İran nüvə silahı olmayan yeganə dövlətdir ki, zənginləşdirmə ilə məşğuldur” iddiasına münasibət bildirərək, qeyd edib ki, səhv etdiklərini demək lazımdır, çünki Hollandiya, Belçika, Cənubi Koreya, Braziliya, Yaponiya kimi ölkələr də nüvə silahı olmadan zənginləşdirmə həyata keçirirlər.

“Biz agentliklə əməkdaşlığa və fəaliyyətimizə aydınlıq gətirməyə vaxt sərf etmişik və müfəttişlər fəaliyyətimizə və obyektlərimizə mümkün qədər nəzarət edirlər və bunu davam etdirirlər. Bu hallar onu göstərir ki, bizim bütün nüvə fəaliyyətlərimiz dinc xarakter daşıyır” - deyə, o, bildirib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .