Əraqçi görüşdə "Güclü əlaqələr və ortaq maraqlar" mövsuzunda çıxış edərək deyib: Çox şadam ki, bu gün “Güclü əlaqələr və ortaq maraqlar” adı altında keçirilən dördüncü İran-Ərəb dialoq sessiyasında İran və Ərəb dünyası arasında qarşılıqlı əlaqə və anlaşmanı yaxşılaşdırmaq üçün regionun ziyalıları və mütəfəkkirləri ilə dialoq və fikir mübadiləsinə imkan yaranıb.
Bu görüşün keçirilməsinə görə Tehrandakı Xarici Əlaqələr üzrə Strateji Şuraya və Qətərdəki Əl-Cəzirə Araşdırmalar Mərkəzinə təşəkkür etmək istəyirəm və keçən il Tehranda keçirilən bu konfransda məruzəçi olmuş şəhid nazir Hüseyn Əmir-Abdullahiyanın xatirəsini ehtiramla yad edirəm.
Şübhəsiz ki, İran ilə Ərəb dünyası arasında tarix boyu və böyük İslam sivilizasiyası çərçivəsində mövcud olan yaxşı əlaqələr İslam sivilizasiyasına və bütün dünyaya dəyərli nailiyyətlər gətirib ki, bu nailiyyətlər hazırda ortaq İslam irsinin bir hissəsi hesab olunur və bizim üçün qürur mənbəyidir.”
Uzaq keçmişdən qədim sivilizasiyaların, uca ideyaların, zəngin mədəniyyətlərin beşiyi olan bölgəmizin anlaşmaya, həmrəyliyə, qarşılıqlı əməkdaşlığa hər zamankindən daha çox ehtiyacı var. İran İslam Respublikası həm ölkə daxilində, həm də regional və beynəlxalq mühitdə dialoq prinsipinə tam inanır.
Ölkəmizin Xarici işlər naziri deyib: İran İslam Respublikası nüvə silahının əldə edilməsini və istifadəsini haram elan edib və hər zaman beynəlxalq silahların yayılmaması təşkilatının sadiq üzvü olub. Amma eyni zamanda, nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək, o cümlədən zənginləşdirmək hüququnda israrlıdır.
Sizin rəyiniz