Məsud Pezeşkiyan bu gün, 18 may, bazar günü Tehran Dialoq Forumunun iclasının bütün iştirakçılarını salamlayaraq deyib: "Biz bütün insanlar bir-birimizin hüquqlarına hörmət etməyə borcluyuq. İnsan haqlarına məhəl qoyulmadıqda qarşıdurma və ixtilaf başlayır və bu gün sionist rejim və onun havadarlarının müdafiəsiz insanları qətlə yetirmələri, məzlum insanların torpaqlarına və evlərinə təcavüz etmələri insan haqlarina məhəl qoymamaqdan irəli gəlir."
Prezident Amerika rəsmilərinin ziddiyyətli açıqlamalarına cavab olaraq deyib: "Mitçell Keller “Sonsuz Müharibə” adlı kitabında Amerikanın dünyada sonsuz müharibə apardığını bildirir ki, ölkələrin resurslarını və hətta insan resurslarını talayıb öz iqtisadiyyatını dünyaya sırıya bilsin. Təbiidir ki, dünya xalqları öz ölkələrinin sərvətlərinin talan edilməsini qəbul etməyəcək, Amerika da öz maraqlarından asanlıqla əl çəkməyəcək və buna görə də sonsuz müharibə davam edəcək."
NPT əsasında bizim dinc texnologiya və nüvə tədqiqatlarından müxtəlif məqsədlər üçün, o cümlədən səhiyyə, kənd təsərrüfatı, sənaye və digər həyati vacib sahələrdə istifadə etmək hüququmuz olduğunu vurğulayan Prezident deyib: "Bizim dini inanclarımız nüvə silahının istehsalına icazə vermir; çünki, bu silah insanlığı məhv edə bilən və Yer kürəsinin gələcəyi üçün barbarlıqdan başqa heç nə qoymayan bir silahdır.
Başqalarının İranın nüvə silahı yaratmağa doğru getdiyini iddia etməyə davam etməsi, sadəcə olaraq, əsassız və müharibə qızışdıran iddiaların təkrarıdır."
Pezeşkiyan sonra deyib: "Biz heç vaxt dinc nüvə proqramımızdan imtina etməyəcəyik. Təhdidlər və sanksiyalar bu yolda davam etməyimizə mane olmayacaq. Biz illərdir sanksiyalar altındayıq və irəliləyiş əldə etməyə davam edirik. Qonşularımızla möhkəm əlaqələrimiz varsa, heç bir güc bizim tərəqqimizə mane ola bilməz. Hər bölgə öz işini görür."
Prezident əlavə edib: "Amerika özünü sülh elçisi kimi təqdim edir, lakin o, təsəvvürə sığmayan dağıdıcı silahlardan danışır. Bu, Amerikanın bölgədə apardığı sonsuz müharibədir, ondan çıxmaq asan deyil."
Prezident vurğulayıb: "Gəlin sülhün, əmin-amanlığın, insanlığın, ədalətin hökm sürdüyü bir region qurmaq üçün birlikdə çalışaq. Bizi regionda təhlükəsizliyi və sülhü qorumaq imkanımız var. Bizim bölgəmizdə başqalarının olmasına ehtiyacımız yoxdur. Onlar öz torpaqlarına qayıtmalıdırlar."
Prezident Pezeşkiyan: Biz heç vaxt dinc nüvə enerjisindən imtina etməyəcəyik
18 may 2025 at 14:50
Xəbər kodu:
85836558

Tehran - İRNA - Prezident deyib: "Biz sülhməramlı nüvə proqramımızdan əl çəkməyəcəyik. Təhdidlər və sanksiyalar bu yolda davam etməyimizə mane olmayacaq. Biz illərdir sanksiyalar altındayıq və irəliləyiş əldə etməyə davam edirik."
Sizin rəyiniz