İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi İstanbul danışıqlarından sonra Avropanın diplomatiyaya qoşulmaq üçün ciddi iradə qazanması təəssüratının yaranıb-yaratmaması ilə bağlı İRNA-nın sualına cavab olaraq deyib: "Burada problem ondan ibarətdir ki, avropalıların həmişə belə bir iradəsi olub, lakin imkanları məhduddur."
"Hazırda avropalılar Amerika ilə danışıqlarımızdan çox uzaqdırlar və bu, əlbəttə ki, bizim xeyrimizə deyil. Görünür, bu məsələdə öz aralarında anlaşma yoxdur" - deyə, o, əlavə edib.
Diplomatik xidmətin rəhbəri qeyd edib: "Biz Avropa ilə dialoqumuzu davam etdiririk və hesab edirik ki, bizimlə Avropa arasında vəziyyətlə bağlı nə qədər çox anlaşma olsa, bir o qədər yaxşıdır və biz Avropanın öz rolunu oynamasını istəyirik, baxmayaraq ki, onlar öz rollarını aşağı salıblar."
Sizin rəyiniz