22 may 2025 at 18:25
Jurnalist kodu: 5561
Xəbər kodu: 85840841
T T
0 Persons
Əraqçi nüvə obyektlərinin və materiallarının qorunması üçün xüsusi tədbirlərin görüldüyünü vurğulayıb

İran İslam Respublikasının Xarici İşlər naziri BMT-nin Baş katibi, BMT Təhlükəsizlik Şurasının sədri və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoruna ünvanladığı məktubda nüvə obyektləri və materiallarının mühafizəsi üçün xüsusi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Xarici İşlər naziri bu məktubda sionist rejimin hər hansı avantürizminin nəticələri barədə xəbərdarlıq edərək və ABŞ hökumətinin buna görə hüquqi məsuliyyət daşıdığını vurğulayaraq bildirib: “İran İslam Respublikası beynəlxalq hüquqa uyğun olaraq öz vətəndaşlarını, mənafelərini və obyektlərini istənilən terror və ya təxribatçı əməllərdən qorumaq və müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcək. Bundan əvvəl olduğu kimi, İran sionist rejimin hər hansı avantürizminə qarşı şiddətlə xəbərdarlıq edir və bu rejimin istənilən təhdidinə və ya qeyri-qanuni hərəkətinə qəti şəkildə cavab verəcək.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .