Hindistanın paytaxtı Nyu-Dehlidə klassik və açıq seksiyalar üzrə Asiya qadın güləşi çempionatı keçirilib. Yekunda İran komandası ümumilikdə iki növdə yarışını qələbə ilə başa vurub.
Ölkəmizin göndərdiyi bütün idmançılar bu yarışlarda medal qazandılar.
Mayın 24-də keçirilmiş açıq bölmə üzrə Mobina Mirzapur (70 kq) və Səhər Qənizadə (75 kq) İran yığmasının qızıl medalını qazanıb. Mərziyə Xəndan (55 kq) və Ruqəyyə Mahmudabadi (65 kq) gümüş, Fatimə Fəttahi (60 kq) və İzzət Qurbani Sani (75 kq) bürünc medal qazanıblar.
Həmçinin, dünən, cümə günü, mayın 23-də eyni məkanda keçirilən klassik bölmənin yarışlarında 65 kq çəki dərəcəsində Ruqəyyə Mahmudabadi, 70 kq çəki dərəcəsində Mobina Mirzapur və 75 kq çəki dərəcəsində Səhər Qənizadə qızıl medala sahib olublar. 55 kq çəki dərəcəsində Mərziyə Xəndan, 60 kq çəki dərəcəsində Fatinə Fəttahi gümüş, İzzət Qurbani Sani isə 75 kiloqram çəki dərəcəsində bürünc medala sahib olublar.
Sizin rəyiniz