İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bu gün, çərşənbə günü İran İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə.) vəfatının 36-cı ildönümü ilə əlaqədar mərhum İmamın (r.ə.) hərəmində rəsmilər, dövlət xadimləri, hərbçilər və əzadar möminlərin iştirakı ilə keçirilən mərasimdə çıxış edib.
Onun açıqlamalarının ən mühüm mövzuları aşağıdakılardır:
İnqilabımızın lideri böyük bir insandır ki, onun dünyadakı varlığı vəfatından otuz neçə il keçməsinə baxmayaraq, hələ də hiss olunur və onun inqilabının təsiri bütün dünyada aydın görünür. Amerikanın dünyadakı mövqeyinin kəskin şəkildə aşağı düşməsi onun varlığı ilə, sionizmə nifrət isə onun inqilabından qaynaqlanır.
- Bu gün Qərb dünyasında Qərb dəyərlərinə qarşı ikrah istiqamətində hərəkat müşahidə olunur; İmam Xomeyni (r.ə.) belə bir inqilab yaratdı.
- Düşünmürdülər ki, bu inqilab və bu İmam illərdir İranda hər şeyə hakim olan amerikalıları və sionistləri sıradan çıxara, onları ölkədən qovmağa qadir olacaq.
- Məncə, bizim inqilabımıza qarşı sui-qəsd növlərinin dünyada məlum inqilabların heç birində nümunəsi yoxdur.
İmam Xomeyninin (r.ə.) rasionallığı iki əsas rüknlə təzahür edirdi: Bir rükün fəqihin vilayəti, digəri isə milli istiqlaldır.
İmam Xomeyninin (r.ə.) mübarək zehnində olan və onun kəlamlarında təkrarlanan məsələlərin mənasını milli istiqlal kəlməsinin altında təqdim edirəm.
Əgər fəqihin vilayəti olmasaydı, bu inqilab din yolundan azmış olardı.
Milli müstəqillik əlaqələrin olmaması demək deyil, İran millətinin və ölkəsinin ayaq üstə durması deməkdir.
Milli müstəqillik o deməkdir ki, ölkə Amerikanın və Amerika kimilərin yaşıl və ya qırmızı işığının yanmasını gözləməsin; milli müstəqilliyin əsas məqamı “biz bacarırıq” prinsipidir.
Nüvə məsələsində Amerika planı 100% “biz bacarırıq” prinsipinin əleyhinədir.
Müqavimət böyük dövlətlərin iradəsinə boyun əyməmək deməkdir. Əgər bir şeyə inanırsa, bir şeyi zəruri hesab edirsə və ya nəyisə qadağan bilirsə, gərək öz əqidəsinə uyğun hərəkət etsin, düşmənin iradəsinə, düşmənin zorbalığına, düşmənin məcburiyyətinə boyun əyməsin.
Milli müstəqilliyin digər prinsipi ölkənin müdafiə qüdrətinin yüksəldilməsidir.
Böyük səylər sayəsində İran tam nüvə yanacaq dövrünə sahib ola bildi.
Nüvə sənayesi təkcə enerji üçün deyil.
Nüvə sənayesi ana sənayedir. Çoxsaylı elmi sahələr nüvə sənayesindən təsirlənir.
Uranın zənginləşdirilməsi nüvə məsələsinin açarıdır, düşmənlər də uranın zənginləşdirilməsi məsələsinə barmaq uzadıblar.
2000-ci illərdə biz Amerikanın 20% zənginləşdirilmiş yanacaqda etibarsız olduğunu yaşadıq.
Amerikanın ilk dediyi odur ki, İranın nüvə sənayesi olmamalıdır, Amerikaya ehtiyaclı olmalısınız, Amerikanın cəfəngiyyatına cavabımız aydındır: onlar bu məsələdə heç bir qələt edə bilməzlər.
Niyə müdaxilə edirsiz? İranın uranı zənginləşdirməsinin olub-olmamasının sizə nə dəxli var?! Siz nəçisiniz?
Sionist rejimin fələstinliləri birbaşa qida paylama mərkəzində atəş açmaqla qətliam etmələri onların qəddarlıq və pisliklərinin zirvəsini göstərir. Amerika bu cinayətdə şərikdir və regiondan qovulmalıdır.
Bu gün İslam hökumətlərinin Fələstin məsələsində çox vəzifəsi var, bu gün nəzakət, göz yummaq və neytrallıq vaxtı deyil, bu gün susmaq günü deyil.
İslam hökumətləri arasından bir hökumət hər hansı bir şəkildə sionist rejiminə dəstək verərsə; alnında əbədi rüsvayçılığın qalacağına əmin ola bilər.
Hökumətlər bilməlidirlər ki, sionist rejimə arxalanmaq heç bir hökumət üçün asayiş yaratmayacaq.
Mütləq İlahi hökmlə yıxılır və inşallah uzun sürməz.
Sizin rəyiniz