5 iyun 2025 at 21:16
Jurnalist kodu: 5561
Xəbər kodu: 85853417
T T
0 Persons
İran İslam ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı dərinləşdirməkdə qərarlıdır

Tehran - İRNA - Prezident Səudiyyə Ərəbistanının vəliəhdi ilə telefon danışığında onu Qurban bayramı münasibətilə təbrik edib və iki ölkə arasında qardaşlıq əlaqələrinin inkişafı, regional əməkdaşlığın dərinləşməsi və İslam ümmətinin vəhdətinin gücləndirilməsini vurğulayıb.

Doktor Məsud Pezeşkiyan bu cümə axşamı (5 iyun) günortadan sonra Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığında onu Qurban bayramının gəlişi münasibətilə təbrik edib və Səudiyyə hökumətinin əzəmətli Həcc Konqresinin keçirilməsində göstərdiyi səyləri və zəhmətinə görə səmimiyyətlə təşəkkürünü bildirib.

Doktor Pezeşkiyan "İbrahimi Həccin" mənəvi və ilahi ayinlərini müsəlmanların vəhdətinin və İslam ümmətinin din, kitab və tək peyğəmbər ətrafında cəmlənməsinin möhtəşəm təzahürü hesab etdi və ümidvar olduğunu bildirdi ki, bu mənəvi bağ İslam ölkələri arasında əlaqələri daha da gücləndirəcək və onun fonunda İslam ümmətinin şərəf, ləyaqət və izzəti hər zamankindən daha çox gerçəkləşəcək.

Prezident İran İslam Respublikasının bütün islam ölkələri, xüsusilə də qardaş ölkə Səudiyyə Ərəbistanı ilə dini prinsiplərə əsaslanan dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərini genişləndirməyə hazır olduğunu vurğulayaraq qeyd edib: İran əlaqələrin möhkəmləndirilməsi, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, islam ümmətinin ümumi mənafeyinin reallaşdırılması, müsəlman xalqlarının sülh, təhlükəsizlik və rifahının təmin edilməsi yolunda qəti addımlar atmaq əzmindədir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .