Doktor Məsud Pezeşkiyan bu gün axşamüstü, cümə axşamı (5 iyun) Qurban bayramı münasibətilə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığında Misir hökumətini və xalqını bu böyük İslam bayramı münasibətilə təbrik edib, həccin əzəmətli ayinlərini İslam ümmətinin vəhdətinin və həmrəyliyinin misilsiz təzahürü hesab edib və bu müstəsna potensialdan müsəlman ölkələrinin ümumi mənafeyi naminə istifadə olunmasını vurğulayıb.
Prezident Qurban bayramının mənəvi ruhuna və bu günlərdə müsəlman xalqları arasında formalaşan yaxınlaşmaya toxunaraq ümidvar olduğunu bildirib ki, bu böyük bayramın bərəkəti İslam ümmətinin, xüsusilə də iki böyük dövlət olan İran və Misirin təhlükəsizliyini, rifahını və sağlamlığını artıracaq.
Misir prezidenti Əbdülfəttah əs-Sisi bu telefon danışığında İran hökuməti və xalqını Qurban bayramı münasibətilə təbrik edərkən ölkəsinin bütün İslam ölkələri, o cümlədən İran İslam Respublikası ilə qardaşlıq əlaqələrini gücləndirməkdə qəti qərarlı olduğunu vurğulayıb.
Misir prezidenti İran prezidentinin mövqelərini təsdiq edərək, Qurban bayramını İslam ümmətinin vəhdətinin və bütövlüyünün simvolu adlandırıb və ümidvar olduğunu bildirib ki, bu əzəmətli hadisə fonunda İslam ölkələri sülhün möhkəmləndirilməsi, qardaşlığın genişləndirilməsi və şərlə mübarizə istiqamətində təsirli addımlar ata bilərlər.
Sizin rəyiniz