İran məsələləri üzrə tanınmış sionist ekspert Dani Sitrinoviç bu barədə yazıb:
“2015-ci ildə İsrail və Səudiyyə İranla istənilən razılaşmaya qarşı idilər. Amma bu gün yalnız İsraildir ki, İrana hücum istəyir.”
O bildirib ki, Səudiyyəlilər Tehranla gərginliyi azaltmağa çalışırlar və Körfəz ölkələri ilə birlikdə İrana qarşı hərbi hücumun nəticələrindən ciddi şəkildə qorxurlar.
“Bu o demək deyil ki, onlar İranı artıq təhlükə kimi görmürlər. Sadəcə olaraq, ‘sülh yolu’nu seçirlər.”
Sitrinoviç əlavə edib: “Kim düşünürsə ki, İrana hücum Səudiyyənin İsraillə münasibətlərini normallaşdıracaq, o, anlamır ki, Ər-Riyadda İranla bağlı siyasət artıq ciddi şəkildə dəyişib.”
Sizin rəyiniz