Bu tədqiqat mərkəzi bildirib ki, artıq Mask ilə Tramp arasında barışıq ehtimalı qalmayıb. Elon Mask Trampın “böyük və gözəl qanun layihəsi”nə sərt tənqidlər yönəldərək, “Amerikanı yenidən böyük et” (MAGA) tərəfdarlarını öz tərəfinə çəkmək istəyib. Bu isə onların mübarizəsini birbaşa siyasi qarşıdurmaya çevirib.
Tramp Forbes siyahısında 5.4 milyard dollar sərvətlə 691-ci yerdədir, Mask isə təxminən 400 milyard dollarla birinci yerdə dayanır.
Jurnal yazır ki, Maskın tənqidləri haqlıdır. Trampın təqdim etdiyi qanun layihəsi ABŞ-ın büdcə kəsirini növbəti 10 ildə 2.4 trilyon dollar artıracaq. ABŞ indi borclarının faizlərini ödəmək üçün Pentaqonun illik büdcəsindən daha çox vəsait xərcləyir.
“National Interest” bu qanun layihəsini düşmənçiliyin əsas səbəbi saymır və bildirir ki, bu, Mask ilə Tramp arasında daha şəxsi və birbaşa bir mübarizədir. Mask qeyd edib ki, onun hələ 40 il ömrü var və təsir gücünü davam etdirə bilər. Tramp isə yaşına və konstitusiyaya görə yalnız bir neçə il daha aktiv siyasətdə qala bilər.
Bununla belə, Tramp indiyə qədər ciddi çətinliklərdən sağ çıxıb — iki dəfə impiçment, sui-qəsd cəhdləri və müxtəlif cinayət ittihamları ilə üzləşməsinə baxmayaraq.
Araşdırma mərkəzi Mask ilə Tramp arasında barış ehtimalını az hesab edir, xüsusilə də Maskın son açıqlamalarından sonra. O, Trampın impiçmentini tələb edib və “Ceffri Epşteyn” sənədlərinə işarə edib ki, bu sənədlərdə Trampla bağlı utandırıcı məlumatlar ola bilər.
Sizin rəyiniz